Xorvatiya Türkiyəyə başsağlığı verdi
Zaqreb, 12 noyabr (Hibya) – Xorvatiya Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində həyatını itirən heyət üzvlərinə görə Türkiyəyə başsağlığı verib.
Xorvatiya Gürcüstan-Azərbaycan sərhədində baş verən Türkiyə hərbi təyyarə qəzası ilə bağlı dərin kədərini ifadə edib, həlak olan heyət üzvlərinin ailələrinə səmimi başsağlığı diləklərini çatdırıb və Türkiyəyə həmrəyliyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi