Yeni Zelandiya Baş naziri Laksın Qoldi River Qarnizonuna baş çəkdi
Velinqton, 5 avqust (Hibya) – Yeni Zelandiya Baş naziri Kristofer Laksın Papua Yeni Qvineya ilə müdafiə əməkdaşlığına şahidlik etmək üçün Qoldi River qarnizonunu ziyarət edib.
Laksın bildirib ki, Sakit okean bölgəsinin təhlükəsizliyi həm Yeni Zelandiya, həm də Papua Yeni Qvineya üçün böyük əhəmiyyət daşıyır. O, bu gün müdafiə əməkdaşlığına şahidlik etmək üçün qarnizona baş çəkdiyini qeyd edib.
"Burada mən Phoenix Kumul təlimində iştirak edən Yeni Zelandiya və Papua Yeni Qvineya Müdafiə Qüvvələrinin üzvləri ilə görüşdüm", – deyə əlavə edib.
Azərbaycan İnformasiya Agentliyi