Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Yermak bəyan edib ki, Vaşinqtonda komandası ilə birlikdə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kellog ilə görüşüb.

O bildirib ki, görüş zamanı cəbhədəki vəziyyəti, İstanbul danışıqlarının nəticələrini və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin əhəmiyyətini müzakirə ediblər. “Ruslar tərəfindən oğurlanmış ukraynalı uşaqlardan da danışdıq. Siyahıları Rusiya tərəfinə təqdim etdik və cavab gözləyirik. Bu uşaqların evə qaytarılması həyati əhəmiyyət daşıyır,” – deyə Yermak bildirib.

Yermak ABŞ-ın bu prosesə qoşulmasının vacibliyini vurğulayaraq deyib: “Qeyd etdim ki, Rusiya atəşkəsi pozmaq üçün əlindən gələni edir. Bu, güc yolu ilə dayandırılmalıdır, çünki Ukrayna müharibəyə son qoymaq üçün hər şeyi edib.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp