Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında verdiyi açıqlamada, İstanbulda əldə olunan razılaşmaya əsasən əsir mübadiləsinin doqquzuncu mərhələsinin baş tutduğunu bəyan edib.

Zelenski ağır yaralanmış və xəstə olan bir çox ukraynalı müdafiəçinin vətənə döndüyünü qeyd edib.

“Bu gün İstanbulda əldə olunan razılaşmalar əsasında əsir mübadiləsinin doqquzuncu mərhələsi başa çatdı. Hər mərhələdə ölkəmizə qayıdanların sayı artdı. İndiyədək min nəfərdən çox vətəndaşımızı geri qaytarmağa nail olmuşuq”, – deyə o bildirib.

Zelenski uzun müddət əsirlikdə olan əsgərlərin geri qayıtmasının həm fərdi, həm də ictimai səviyyədə böyük sevinc mənbəyi olduğunu vurğulayıb: “Bu, min ailənin yaxınları ilə yenidən görüşməsi deməkdir. Onların hər biri zəruri tibbi yardım və reabilitasiya alacaq.”

Ukrayna lideri mübadilə prosesinə töhfə verən hər kəsə təşəkkürünü bildirərək, bütün vətəndaşların geri qaytarılmasının dövlət üçün prioritet məsələ olduğunu bir daha vurğulayıb. Zelenski deyib: “Bütün insanlarımızı geri qaytarmaq dövlətimizin prioritetidir. Əsirlikdə olan hər bir şəxsin geri dönməsini təmin etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp