Zelenski: Beynəlxalq arbitrajlarda 6,9 milyard dollarlıq qərar Ukraynanın xeyrinə oldu
Kiyev, 20 iyul – Ukrayna Prezidenti Volodimir Zelenski Naftoqaz şirkətinin baş direktoru Serhiy Koretskinin təqdim etdiyi hesabat əsasında keçirilən görüşlə bağlı açıqlama verib.
Zelenski bildirib ki, Ukraynanın səfirləri ilə görüşdən əvvəl diplomatik vəzifələrin yenilənməsi və Ukraynanın xeyrinə verilmiş beynəlxalq arbitraj qərarlarının icrası məsələləri müzakirə olunub. O qeyd edib ki, Rusiya və “Qazprom”a qarşı qaldırılmış iddialarda indiyədək ümumilikdə 6,9 milyard ABŞ dolları məbləğində Ukraynanın xeyrinə qərar verilib. Bu qərarlar beynəlxalq hüququn gücünü və aidiyyəti tərəflərin məsuliyyətini nümayiş etdirir.
Zelenski bu qərarların icrası üçün konkret addımların hazırlandığını və bu çərçivədə səfirlərə müvafiq təlimatların veriləcəyini bildirib.
O əlavə edib ki, Koretski ilə qarşıdan gələn qış mövsümünə hazırlıqlar və Avropadakı tərəfdaşlar və beynəlxalq maliyyə qurumları ilə bağlanmış razılaşmalar da müzakirə olunub. Bu əməkdaşlığın Ukraynanın enerji təhlükəsizliyi baxımından mühüm rol oynadığını vurğulayıb.
Sonda Zelenski Naftoqaz komandasına və Ukraynanın müqavimətinə töhfə verən bütün şəxslərə və qurumlara təşəkkürünü bildirib.
Azərbaycan İnformasiya Agentliyi