Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski bildirib ki, o, Marketa Adamova və Çexiya Parlamentindəki bütün siyasi partiyaları təmsil edən sədr müavinləri ilə görüşüb.

Görüşdə Ukraynaya və sülhə dəstəyin vurğulandığını qeyd edən Zelenski deyib: “Cəbhədəki vəziyyət göstərir ki, Rusiya diplomatiyaya yol açacaq davamlı sakitlik istəmir.”

Zelenski həmçinin bildirib ki, sanksiyalar və Ukraynanın Avropa İttifaqındakı gələcəyi ilə bağlı da müzakirələr aparılıb:

“Rusiyaya qarşı daha sərt sanksiyaları və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlarda ilk klasterlərin açılmasını səbirsizliklə gözləyirik. Tammiqyaslı müharibənin ilk günlərindən dövlətimizin yanında olduqları üçün Çexiya Parlamentinə və bütün siyasi qüvvələrə minnətdaram. Həmçinin NATO və Aİ-yə üzvlük arzularımıza verdikləri dəstəyə görə də təşəkkür edirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp