Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski bildirib ki, Rusiya dünən gecə yenidən Ukraynaya hücum edib və Kiyevə raket atılıb.

O, hücum nəticəsində ölənlərin olduğunu qeyd edib və ailələrinə başsağlığı verib: “Onlarla insan yaralanıb. Xalqımıza qarşı demək olar ki, hər hücum indi ballistik raketlərin istifadə olunduğu birləşmiş zərbələrdən ibarətdir. Bu ilin əvvəlindən Rusiya Ukraynaya təxminən 770 ballistik və 50-dən çox Kinjal raketi atıb.”

Zelenski vurğulayıb ki, şəhərləri qorumaq üçün Patriot sistemləri belə hücumlar səbəbindən xüsusi əhəmiyyət kəsb edir və əlavə edib:

“Lazımi imkanlara malik tərəfdaşların son günlərdə müzakirə etdiklərimizi həyata keçirməsi olduqca vacibdir. Heç bir ölkə belə bir şərin qarşısında tək buraxılmamalıdır. Əməkdaşlığımızı davam etdirməliyik. Hər şey mümkündür. Tərəfdaşlarımız artıq zəruri sistemlərə malikdir və Ukraynanın müdafiəsinə kömək edə bilərlər.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp