Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Zelenski MAQATE-nin Baş direktoru Rafael Qrossi ilə görüş keçirdiyini bildirib.

O, görüşdə Ukraynadakı bütün nüvə obyektlərində təhlükəsizlik məsələsinə fokuslandıqlarını deyib: “Rusiyanın Ukraynasız Zaporojye AES-i yenidən işə salmaq ideyası absurd və təhlükəlidir.”

Zelenski MAQATE-nin fəaliyyətinə və personalın rotasiyasına süni maneələr olmadan obyektə daxil olmasının vacibliyini vurğulayıb və əlavə edib:

“Orada çalışan və dünyaya real vəziyyəti göstərən mütəxəssislərə təşəkkür edirəm. Enerji sektorumuzun inkişafını da müzakirə etdik: Xmelnitski AES-in tikintisinin tamamlanması, uran hasilatının genişləndirilməsi və Çernobıl AES-dəki zədələnmiş sarkofaqların təmiri. Rafael Qrossiyə dəstəyinə və kömək etməyə hazır olduğuna görə təşəkkür edirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp