Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu və Rumıniya Prezidenti Nikuşor Dan ilə görüş keçirdi.

Zelenski bu formatda ilk dəfə bir araya gəldiklərini və üçtərəfli əməkdaşlıqla region və ölkələrin təhlükəsizliyi üçün çox iş görə biləcəklərini qeyd etdi. O dedi: “Çoxlu məsələləri müzakirə etdik. Əsas prioritet məsələ Rusiyanın təhdidlərinə qarşı çıxmaqdır – hibrid müharibə, kiber hücumlar və açıq hərbi təcavüz. Rumıniya ilə birlikdə, müharibənin əvvəlindən yanımızda olan Moldovaya Rusiyanın dağıdıcı təsirinə qarşı müqavimət göstərməkdə mütləq yardım edəcəyik. Enerji məsələləri, hərbi əməkdaşlıq və dəmir yolu ilə avtomobil yollarının inkişafı da müzakirə edildi. Vətəndaşlarımızın hərəkətliliyini artırmaq üçün çalışacağıq. Sanksiyalar və sülh prosesindəki rollar ayrıca müzakirə olundu.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp