Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleh İvaşçenkonun təqdim etdiyi hesabatı paylaşaraq Rusiyaya qarşı birgə təzyiqlərin nəticə verdiyini bildirib.

Prezident Zelenski deyib:

“Müharibənin başlanmasından bəri ilk dəfə bu il Rusiyada neft hasilatı və emalında nəzərəçarpacaq azalma qeydə alınıb. Rusiyanın büdcə gəlirləri neft və qazdan azalır və ilin sonuna qədər Rusiya bu mənbələrdən azı 37 milyard dollar itirəcək. Bundan əlavə, rus neft şirkətləri və enerji sektoru on milyardlarla dollar daha itirirlər. Bütün bunlar Rusiyanın hərbi maşınını məhdudlaşdırır. Həm ənənəvi sanksiyalar, həm də Ukraynanın uzunmüddətli tədbirləri effektiv şəkildə işləyir. Sanksiyaların tətbiqi üçün yeni istiqamətlər də müəyyən edilib. Rusiya neft donanmasına qarşı tam haqlı hüquqi zərbələrinə görə tərəfdaşlarımıza təşəkkür edirəm – ruslar artıq daha az tanker istifadə edirlər. Bu gün, həmçinin, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ilə ruslar tərəfindən qaçırılmış ukraynalı uşaqların geri qaytarılması və xaricdəki digər əməliyyatlar barədə müzakirə apardım.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp