Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Zelenski qeyd edib ki, Rusiya tammiqyaslı müharibənin dördüncü ilində silah istehsalı üçün lazım olan hissələri əldə etməyə davam edir.

O bildirib ki, dünən gecə Ukraynaya qarşı həyata keçirilən genişmiqyaslı birgə hücum zamanı Rusiya ABŞ, Çin və Tayvandan, Birləşmiş Krallıq, Almaniya, İsveçrə, Yaponiya, Koreya Respublikası və Niderland şirkətlərinə məxsus 102 min 785 xarici detalı olan 549 silah sistemi istifadə edib və əlavə edib:

“Hücum PUA-larında təxminən 100 min 688 xarici detal, İskəndər raketlərində təxminən 1 500, Kinjal raketlərində 192 və Kalibr raketlərində 405 detal olub. Ukrayna Rusiyaya və onun müharibəsinə kömək edənlərə qarşı yeni sanksiyalar hazırlayır və tədarük planlarını məhdudlaşdırmaq üçün təkliflər göndərib.”

Zelenski əlavə edib ki, tərəfdaşlar artıq hər şirkət və hər məhsul haqqında ətraflı məlumatlara malikdirlər, nələri hədəfə alacaqlarını və necə cavab verəcəklərini bilirlər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp