ABŞ, Cənubi Koreyadakı Patriot raketlərini Yaxın Şərqə köçürəcək
Seul, 4 Aprel (Hibya) – Renhap xəbər agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ və Cənubi Koreya, Patriot raket müdafiə batareyalarının müvəqqəti olaraq Cənubi Koreyadan Yaxın Şərqə köçürülməsi planı üzərində razılığa gəliblər.
Mənbələrin bildirdiyinə görə, müttəfiqlər ötən ay Patriot Advanced Capability-3 kompleksinin “bir neçə ay davam edəcək” qismən yerləşdirilməsi barədə razılaşıblar.
Agentlik, ABŞ-ın Koreyadakı Qüvvələrinin (USFK) "dönüşümlü yerləşdirmə çərçivəsində Koreya Respublikasından müvəqqəti olaraq personal və avadanlıq çıxarılacağını" bildirdiyini qeyd edib.
Cənubi Koreyadakı ABŞ Silahlı Qüvvələrinin "Koreya yarımadasında hər cür ssenariyə cavab verməyə hazır, bacarıqlı və ölümcül bir qüvvə olaraq qalacağı" qeyd olunur.
NBC News daha əvvəl ABŞ müdafiə naziri Pit Hegsethin, Yəməndə husilərə qarşı hərbi əməliyyat səbəbilə Asiyadan Yaxın Şərqə ən azı iki Patriot batareyasının yenidən yerləşdirilməsini təsdiqlədiyini bildirmişdi.
Azərbaycan İnformasiya Agentliyi