ABŞ-da miqrant basqınlarına qarşı etirazlar genişlənir
Vaşinqton, 12 İyun (Hibya) – Los-Ancelesin mərkəzi altıncı gündür ki, qeyri-qanuni miqrantlara qarşı basqınlara və şəhərdə hərbi qüvvələrin yerləşdirilməsinə qarşı keçirilən etirazlar fonunda ikinci gecədir ki, komendant saatı tətbiq olunur.
Benzer etirazlar Nyu-York, Çikaqo, Ostin və Vaşinqton daxil olmaqla ABŞ-ın müxtəlif şəhərlərində də baş verib. Bu həftə daha çox nümayişlər planlaşdırılır.
Tramp administrasiyası, Kaliforniya ştatının Dəniz Piyadaları və Milli Qvardiyanın istifadəsini məhdudlaşdıracaq bir məhkəmə qərarının ləğv edilməsini istəyib.
Los-Anceles bölgəsinə göndərilən 700 dəniz piyadası hələ də təlim keçir və onların etirazlara müdaxilə üçün nə zaman göndəriləcəyi məlum deyil.
Digər tərəfdən, Vaşinqton ştatının Spokan şəhərinin meri fövqəladə vəziyyət elan edib və bəzi bölgələrdə komendant saatı tətbiq edib.
Mer Liza Braunun sözlərinə görə, komendant saatı yerli vaxtla saat 21:30-dan səhər saat 5:00-a qədər davam edəcək.
CNN-in məlumatına görə, Çərşənbə günü günortadan sonra böyük etirazçı qrupları şəhərin küçələrinə çıxaraq plakatlar qaldırıb və yolları bağlayıblar.
Azərbaycan İnformasiya Agentliyi