Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Dövlət Katibi Marko Rubio bu gün Türkiyə Xarici İşlər Naziri Hakan Fidan ilə təhlükəsizlik və ticarət sahəsində əsas əməkdaşlıq məsələlərini müzakirə edib.

Rubio, Türkiyədən Ukrayna və Cənubi Qafqazda sülhün təmin edilməsinə dəstək verməsini xahiş edib. O, Türkiyənin İŞİD-lə Mübarizə üzrə Qlobal Koalisiyadakı liderliyini yüksək qiymətləndirib və beynəlxalq terrorçuluğun mənbəyi olmayan, İranın sabitliyi pozan fəaliyyətlərinə yol açmayan, sabit, birləşmiş və dinc bir Suriyanın dəstəklənməsi üçün sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb.

Görüşdə nazir Rubio, son dövrdə ikitərəfli ticarətdə əldə edilən irəliləyişləri qeyd edərək, gələcəkdə daha böyük iqtisadi tərəfdaşlığın qurulmasına dəstək verdiyini bildirib. Sonda isə Türkiyədə son dövrlərdə baş verən həbslər və etirazlarla bağlı narahatlığını ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp