Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski və Donald Tramp hər iki xalqla birlikdə Nasizm üzərində Qələbə Gününü qeyd etdilər.

Liderlər iki ölkə arasında iqtisadi tərəfdaşlıq sazişinin Ukrayna Ali Radası tərəfindən ratifikasiya edilməsini alqışladılar və bir çox imkanlar yaradan bu tarixi razılaşmanın əhəmiyyəti ilə bağlı razılığa gəldilər.

Həmçinin sülhə nail olmaq üçün əlavə səylər və bu istiqamətdə atıla biləcək konkret addımlar müzakirə edildi.

Zelenski Trampa cəbhədəki vəziyyətlə bağlı məlumat verdi və Ukraynanın dərhal 30 günlük atəşkəsə hazır olduğunu, Rusiyanın bu təklifi qəbul etməsini gözlədiyini bildirdi.

Tramp müharibənin sona çatmasını istədiyini, kömək etməyə hazır olduğunu və atəşkəsi dəstəklədiyini təsdiqlədi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp