Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp, ikinci mərhələ danışıqlarının başlayıb-başlamadığı barədə suala “Əlbəttə, artıq başladığını deyə bilərik” cavabını verdi. Trampın bəyanatının əsas məqamları belə idi:

“Bilirsiniz, buradakı mərhələlər bir-birinə qarışıb, çünki Qəzzada böyük bir təmizləmə aparılmalıdır, dağıntılar aradan qaldırılmalıdır. Mən ‘dağıntı’ sözünü işlətdim, çünki Qəzza sanki onqat dağıntıya çevrilib. Zalın içərisində dünyanın ən zəngin ölkələrindən bəziləri var. Böyük liderlər var. 35 ölkənin nümayəndələri buradadır. 35, çünki 35 ölkəni dəvət etmişik. Yəni kimi dəvət etmişiksə, gəlib.

Çox böyük bir inkişaf görəcəksiniz.

Bir çox lider sülh şurasında olmaq istəyir. Adətən heç kim orada olmaq istəmir. Amma bu hadisə tamamilə fərqlidir. Mənim üçün bu, həqiqətən böyük və möhtəşəm bir şərəfdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp