ABŞ Prezidenti Tramp: Türkiyə və lideri ilə çox yaxşı münasibətlərim var
Vaşinqton, 7 aprel (Hibya) – ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə açıqlama verib.
Netanyahu ABŞ-a səfər edib və Ağ Evdə Tramp ilə görüşüb.
Görüşdən sonra Oval Ofisdə ortaq bəyanat səsləndiriblər.
Netanyahu bildirib ki, ABŞ-la ticarət kəsirini aradan qaldıracaqlar və İsrail digər ölkələr üçün nümunə olacaq.
“Biz ABŞ-a tətbiq olunan gömrük rüsumlarını ləğv edəcəyik. Bu, məqsədlər deyil, nəticələr barədədir,” – deyə Netanyahu əlavə edib.
Tramp isə bildirib ki, girovların azad edilməsi üçün yeni atəşkəs planı üzərində çalışırlar və bu məsələ ilə ciddi şəkildə məşğul olurlar.
Türkiyə ilə bağlı olaraq Tramp deyib: “Erdoğan adlı bir adamla əla münasibətlərim var. Onu sevirəm, o da məni sevir. Əgər Türkiyə ilə bağlı problem varsa, mən bunu həll edə bilərəm.”
Azərbaycan İnformasiya Agentliyi