ABŞ Prezidenti Trampdan Azərbaycan Prezidenti Əliyevə təbrik məktubu
Bakı, 10 Aprel (Hibya) – Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Novruz münasibətilə təbrik məktubu göndərib.
ABŞ Prezidenti Tramp, Amerika Birləşmiş Ştatları adından, Prezident Əliyevə və bütün Azərbaycan xalqına xoşbəxt Novruz bayramı arzulayıb.
Ölkələr arasında əməkdaşlığın uzun tarixə malik olduğunu və gələcək illərdə əldə ediləcək uğurları səbirsizliklə gözlədiyini bildirən Tramp deyib: “Azərbaycanın, tərəfdaşımız İsrailə göstərdiyi dəstək və dostluğunu yüksək qiymətləndiririk və Ermənistanla bölgəyə sülh gətirmək üçün atdığınız addımları alqışlayırıq.”
Tramp vurğulayıb ki, ABŞ Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qətiyyətli tərəfdarı olaraq qalır.
Azərbaycan İnformasiya Agentliyi