ABŞ: Rus hava bazalarına hücumlarla bağlı Kiyevə kəşfiyyat məlumatı verilməyib
Vaşinqton, 2 iyun (Hibya) – CBS News-un Ağ Ev müxbiri Cennifer Ceykobs sosial mediada ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib ki, ABŞ Kiyevə heç bir məlumat verməyib və Ukrayna öz kəşfiyyat məlumatlarından istifadə edib.
CBS müxbiri yazıb: “ABŞ Zelenski və əməliyyatda iştirak edən komanda ilə məlumat paylaşmayıb. Administrasiyadakı mənbələr bunu mənə bildirdilər. Ukrayna öz məlumatlarını özü toplayıb.”
Əvvəllər bildirilmişdi ki, Kiyev Rusiyanın ərazisindəki hərbi hava limanlarına hücum etmək niyyəti barədə Vaşinqtonu məlumatlandırmayıb.
Televiziya kanalı xəbər verir ki, “ABŞ administrasiyasındakı mənbələr CBS News-a bazar günü bildiriblər ki, Ağ Ev bu planlardan xəbərsiz olub.”
Lakin Ağ Ev rəsmiləri hücumlarla bağlı şərh verməkdən imtina ediblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Rusiyanın beş bölgəsindəki hərbi hava bazalarına FPV dronları ilə hücum edib və Murmansk və İrkutsk bölgələrində bir neçə təyyarə yanıb.
Azərbaycan İnformasiya Agentliyi