Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna və Rusiya, Trampın ötən həftə ölkə liderləri ilə görüşündən sonra enerji infrastrukturuna hücumların bir ay müddətinə dayandırılması barədə prinsipial razılığa gəliblər. Lakin atəşkəsin nə vaxt və necə qüvvəyə minəcəyi və enerji sahəsindən kənara çıxaraq xəstəxanalar, körpülər və həyati əhəmiyyətli ictimai xidmətləri əhatə edib-etməyəcəyi hələ də bəlli deyil.

ABŞ rəsmiləri Ukrayna ilə ilk görüşü bazar günü axşam, Rusiya ilə isə bazar ertəsi günü keçiriblər; görüşlərin əksəriyyəti Ər-Riyaddakı Ritz-Carlton otelində baş tutub.

ABŞ-ın Qara dənizdə gəmiçilik təhlükəsizliyini təmin etmək və əlavə tədbirləri müzakirə etmək üçün tərəflər arasında diplomatik vasitəçilik aparması gözlənilir.

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Witkoff sağçı jurnalist Taker Karlson ilə etdiyi podkastda belə deyib: “Əsas hədəf 30 günlük atəşkəsdir. Bu müddət ərzində daimi atəşkəsi müzakirə edirik. Bu hədəfdən çox da uzaq deyilik.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp