Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Al Sani vurğulayıb ki, Qətər Dövləti heç bir halda suverenliyinin, ərazi bütövlüyünün və ya təhlükəsizliyinin pozulmasına dözməyəcək. O, Dohada danışıqlar zamanı Hamasın siyasi büro rəhbərlərini hədəf alan İsrail hücumunun dövlət terrorizmi demək olduğunu bildirib.

O qeyd edib ki, Qətər İsrail hücumuna cavab vermək hüququnu özündə saxlayır və təhlükəsizliyini və regional sabitliyini təhdid edən hər hansı məsuliyyətsiz pozuntu və ya təcavüzə qarşı qətiyyətlə hərəkət edəcək, cavab olaraq bütün zəruri tədbirlərin görüləcəyini öhdəsinə götürüb.

Al Sani əlavə edib ki, Xarici İşlər Nazirliyinin Dövlət Naziri Dr. Məhəmməd bin Əbdüləziz bin Saleh Al Xuleyfi rəhbərliyində bu hadisəyə qarşı bütün hüquqi prosedurları başlatmaq üçün hüquqşünaslardan ibarət bir qrup yaradılıb və hadisəni quldurluq əməli kimi qiymətləndirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp