Ghebreyesus: ÜST və tərəfdaşları Qəzza şəhərində qalmağa davam edirlər
Cenevrə, 10 sentyabr (Hibya) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, ÜST və tərəfdaşları Qəzza şəhərində qalmağa davam edirlər.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus, İsrailin bir milyon insanın Qəzza şəhərindən cənubda müəyyən edilmiş humanitar zonaya köçürülməsini tələb edən sonuncu təxliyə əmri qarşısında dəhşətə gəldiyini bildirib.
ÜST və tərəfdaşlarının Qəzza şəhərində qalmağa davam etdiyini vurğulayan Ghebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək deyib: “Bu fəlakət insan əli ilə yaradılıb və məsuliyyəti hamımızın üzərindədir.”
Azərbaycan İnformasiya Agentliyi