Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Baş nazir və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani bazar ertəsi günü İran İslam Respublikasının Xarici İşlər Naziri Dr. Abbas Arakçi ilə telefon danışığı aparıb.

Bəyanatda qeyd olunub: "Görüş zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi yolları, Qəzza zolağında və işğal olunmuş Fələstin ərazilərində son vəziyyət, eləcə də ortaq maraq doğuran məsələlər müzakirə olunub. Baş nazir və Xarici işlər naziri vurğulayıb ki, Qətər Dövləti Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında bölgədə təhlükəsizlik, sabitlik və sülhü gücləndirəcək, həmçinin regional əməkdaşlıq və dialoqa yeni üfüqlər açacaq ədalətli, davamlı və məcburi razılaşma istiqamətində növbəti mərhələyə keçidlə bağlı əldə olunan razılığı alqışlayır."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp