Rasmussen: Rusiya doğrudan sülh istəsəydi, silahlarını yerə qoya bilərdi
Kopenhagen, 24 Aprel (Hibya) – Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen Rusiyanın Ukraynaya hava hücumunu pisləyib.
Rasmussen bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı Avropalı həmkarları ilə danışıb.
Rusiyanın dünən gecə Kiyevə hücumuna münasibət bildirən Rasmussen deyib: “Putinin vəhşiliyinə dair daha bir sübut. Əgər doğrudan sülh istəyirdilərsə, silahlarını yerə qoya bilərdilər.”
Azərbaycan İnformasiya Agentliyi