Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Daxili işlər naziri Bild qəzetinə verdiyi müsahibədə deyib: “Biz mülki müdafiə sistemini modernləşdiririk... 2029-cu ilə qədər təbii fəlakətlərə, böhranlara və münaqişələrə qarşı müdafiə sahəsində ən genişmiqyaslı modernləşmə üçün 10 milyard avro ayrılacaq.”

Xəbərdə qeyd olunur ki, bu proqram son onilliklərin ən böyüyü ola bilər.

Xəbərə görə, rəsmilər bu proqram çərçivəsində sirenlər və mobil telefon texnologiyası da daxil olmaqla yeni xəbərdarlıq sistemləri almağı, sığınacaq şəbəkəsini genişləndirməyi, daha çox böhran təlimləri keçirməyi və mülki müdafiə təşkilatları ilə Almaniya silahlı qüvvələri (Bundeswehr) arasında böhrana davamlı rəqəmsal rabitə sistemləri inkişaf etdirməyi planlaşdırırlar.

Federal Mülki Müdafiə və Fövqəladə Hallarda Yardım İdarəsinin (BBK) məlumatına görə, Almaniyada hazırda cəmi 480.000-ə yaxın ictimai sığınacaq var. Bu isə o deməkdir ki, almanların yalnız yarısı orada sığınacaq tapa bilir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp