Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin Xarici İşlər Naziri Gideon Saar bildirib ki, Fələstin dövlətinin tanınması qeyri-sabitlik yaradacaq və sülh yolunu daha da çətinləşdirəcək. Saar bu açıqlamanı İsraildə səfərdə olan Danimarkanın Xarici İşlər Naziri Lars Lokke Rasmussen ilə keçirdiyi birgə mətbuat konfransında verib.

Saar xüsusilə bu ayın sonunda BMT Baş Assambleyasında Fələstin dövlətinin tanınması üçün ciddi səylər göstərən Fransa və Böyük Britaniya kimi ölkələri hədəfə alıb.

Fransa, Böyük Britaniya və digər ölkələrin liderləri Fələstin dövlətini tanıyacaqlarını bildiriblər. Saar bunun tamamilə bir səhv olduğunu, çünki israillilərin öz qərarlarını özlərinin verməli olduqlarını deyib. Nazir bununla nə demək istədiyini əlavə izah etməyib.

2011-ci ilin sonunda İslandiya, Fələstini 1967-ci il Altıgünlük Müharibədən əvvəlki sərhədlər daxilində müstəqil və suveren bir dövlət kimi tanıyan Şimali Avropadakı ilk ölkə oldu. Bir il sonra, BMT Baş Assambleyası, Fələstini Vatikan kimi müşahidəçi dövlət statusunda tanıdı. Norveç, İsveç, İrlandiya və İspaniya da daxil olmaqla bir çox ölkə Fələstini tanıdı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp