Avstraliya ilə BƏƏ arasında Azad Ticarət Sazişi qüvvəyə minir
Avstraliyanın Baş naziri Entoni Albanese ölkəsinin istehsal gücünü dünyaya açmaq üçün çalışdıqlarını bildirərək, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə bağlanmış azad ticarət sazişinin 1 oktyabrda qüvvəyə minəcəyini açıqlayıb.

Albanese Avstraliya məhsullarının keyfiyyətinə diqqət çəkərək bildirib ki, bu saziş istehsalçılar, işçilər və ölkə iqtisadiyyatı üçün mühüm imkanlar yaradır.
Baş nazir həmçinin ticarət əlaqələrinin şaxələndirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi