Macarıstan Tanzaniyaya regional təhlükəsizliyə görə təşəkkür edib
Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropanın təhlükəsizliyinin Afrikadan başladığını qeyd edərək, Tanzaniyanın regional sabitliyin təmin olunmasındakı roluna diqqət çəkib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropanın təhlükəsizliyinin Afrikadan başladığını qeyd edərək, Tanzaniyanın regional sabitliyin təmin olunmasındakı roluna diqqət çəkib.
Tanzaniyanın xarici işlər naziri Mahmoud Kombo ilə görüşündə Siyarto vurğulayıb ki, sabit tərəfdaşlar olmadan Avropaya miqrasiya təzyiqi daha da arta bilər.
Siyarto bildirib ki, Macarıstan Tanzaniyanın həm regional sabitliyin qorunmasında, həm də qlobal və Avropa təhlükəsizliyinin gücləndirilməsində oynadığı rolu yüksək qiymətləndirir.
Azərbaycan İnformasiya Agentliyi