Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev üçün 23 aprel tarixində Çinə etdiyi rəsmi dövlət səfəri çərçivəsində Pekində təntənəli qarşılanma mərasimi təşkil olundu.

Mərasim hər iki ölkənin bayraqları ilə bəzədilmiş böyük bir meydanda baş tutdu. Prezident Əliyev üçün fəxri qarovul düzülmüşdü.

Çin Xalq Respublikasının Sədri Si Cinpin və xanımı Penq Liyuan, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanı mərasim yerində qarşıladılar.

Mərasim zamanı Çin heyəti Prezident Əliyevə, Azərbaycan heyəti isə Prezident Si-yə təqdim olundu. Daha sonra hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Fəxri qarovulun komandiri Prezident Əliyevə raport verdi. Prezident Əliyev fəxri qarovulu salamladıqdan sonra iki lider birlikdə foto çəkdirdilər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp