Bağayi: Makron İranın nüvə proqramını təhrif etməyi seçir
Tehran, 14 İyun (Hibya) – İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi bildirib ki, Fransa Prezidenti Emmanuel Makron İranın nüvə proqramını təhrif etməyi seçib və əlavə edib: “Bu ikiüzlülük insanı heyrətə salır.”
Bağayi bildirib ki, İsrail dinc nüvə obyektlərini hədəfə alıb, evləri bombalayıb və beynəlxalq hüququ açıq şəkildə pozaraq iranlıları soyuqqanlılıqla qətlə yetirib.
“Makron məhz indi İranın nüvə proqramını təhrif etməyi seçir. Bu ikiüzlülük heyrətamizdir,” – deyə Bağayi vurğulayıb.
Azərbaycan İnformasiya Agentliyi