BMT Baş katibi Quterreş: Fosil yanacaq dövrünün sonu qaçılmazdır
Nyu-York, 20 Noyabr (Hibya) - Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, fosil yanacaq dövrünün sonunun qaçılmaz olduğunu bildirdi.
BMT Baş katibi Quterreş, fosil yanacaqlardan bərpa olunan enerji mənbələrinə ədalətli keçidin sürətləndirilməli olduğunu vurğulayıb.
Quterreş qeyd edib ki, bərpa olunan enerji mənbələri təmiz hava, enerji təhlükəsizliyi və yaxşı iş yerləri təklif edir. “Onlar həm də ən ucuz elektrik mənbəyidir. Fosil yanacaq dövrünün sonu qaçılmazdır. Çox gec olmadan bunu təmin edək”, deyə o bildirib.
Azərbaycan İnformasiya Agentliyi