Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT Çernobıl Nüvə Fəlakətinin 39-cu ildönümü ilə bağlı verdiyi açıqlamada, bu hadisənin insanlıq və ətraf mühit üzərində yaratdığı dərin təsirləri xatırladaraq, nüvə enerji stansiyalarının təhlükəsizliyi və mühafizəsinin əhəmiyyətinə diqqət çəkib.

1986-cı ildə baş vermiş Çernobıl fəlakəti tarixdə ən dağıdıcı nüvə qəzalarından biri hesab olunur. BMT qeyd edib ki, hər il 26 aprel tarixində bu hadisənin anılması təkcə keçmişə hörmət deyil, həm də gələcəkdə bənzər faciələrin qarşısının alınması üçün bir dərsdir.

Bəyanatda bildirilir: "Çernobıl Fəlakəti Anım Günü nüvə fəlakətinin insanlıq və ətraf mühit üçün yaratdığı faciəni vurğulayır. Fəlakətdən 39 il sonra belə, bu hadisələr nüvə enerji stansiyalarının təhlükəsizliyinin təmin olunmasının nə qədər vacib olduğunu xatırladır."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp