Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Türk bildirib ki, Qəzzada aclıq və qıtlıqdan əziyyət çəkən yüz minlərlə insana yardım çatdırmağa və onları dəstəkləməyə çalışanlara qarşı hücum və təhdidlər dəhşətlidir.

Qəzzaya gedən Qlobal Sumud Flotiliyasına qarşı PUA-lar və digər vasitələrlə həyata keçirilən hücum və təqiblərə toxunan Türk, müstəqil, qərəzsiz və hərtərəfli istintaqın aparılmasının vacibliyini vurğulayıb. O deyib: “Bu cür hücumlar dayandırılmalı və pozuntulara görə məsuliyyət daşıyanlar cavab verməlidir.”

Türk diqqətə çatdırıb ki, işğalçı qüvvə kimi İsrail mövcud bütün imkanlardan istifadə edərək əhaliyə ərzaq və tibbi ləvazimat təmin etməli və ya neytral humanitar proqramları dərhal və maneəsiz şəkildə qəbul edib asanlaşdırmalıdır.

BMT-nin İnsan Hüquqları Ali Komissarı bir daha İsraili Qəzzaya tətbiq olunan blokadanı təcili aradan qaldırmağa və həyati materialların daxil olmasına icazə verməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp