Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Litvanın xarici işlər naziri Budris bildirib ki, Litva müttəfiqi Polşa ilə tam həmrəydir və Rusiyanın NATO hava məkanını dəfələrlə məsuliyyətsiz şəkildə pozmasının əhalinin və kritik infrastrukturun təhlükəsizliyi üçün birbaşa təhdid yaratdığını vurğulayıb.

O bildirib ki, NATO-nun ön xəttindəki hava hücumundan müdafiə sistemi gecikmədən gücləndirilməlidir:

“İttifaq yalnız narahatlıqlarla deyil, həm də qabiliyyətlərlə cavab verməlidir. Həqiqət budur: Putinə Ukraynaya qarşı qanlı müharibəsini davam etdirməyə icazə verildiyi müddətcə heç bir ölkə – hətta NATO daxilində belə – təhlükəsiz olmayacaq.”

Budris əlavə edib: “Sanksiyalar Kremlinin hərbi iqtisadiyyatının ürəyinə dəyməlidir. Biz onu dayandırmayınca, Putin də dayanmayacaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp