Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski bildirib ki, xilasedici qruplar hazırda Xmelnitski bölgəsinin Voloçisk şəhərində işləyirlər, burada ruslar adi bir tikiş emalatxanasını raketlə vurublar.

Onun sözlərinə görə, hücum nəticəsində indiyədək 3 nəfər yaralanıb. Zelenski deyib: “Bu, bu günkü böyük Rusiya hücumunun yalnız bir nümunəsidir: təxminən 415 müxtəlif tipli PUA və 40-dan çox qanadlı və ballistik raket istifadə olunub. On beş bölgəmiz hücuma məruz qalıb. Təəssüf ki, Jitomir bölgəsindəki bombardmanda bir nəfər həlak olub. Ailəsinə və yaxınlarına başsağlığı diləyirəm.”

O qeyd edib ki, Moskva həmişə mümkün olanın sərhədlərini yoxlayır və güclü cavabla qarşılaşmadıqda yeni bir gərginlik səviyyəsində qalır.

Zelenski əlavə edib ki, sanksiyalardakı fasilə çox uzanıb:

“Rusiyaya və onun cinayətkar tərəfdaşlarına qarşı məhdudiyyətlərin təxirə salınması yalnız hücumların qəddarlığını artırmaq deməkdir. Rusiyanı çəkindirmək üçün kifayət qədər silah lazımdır. Güclü cavab vacibdir – və bu cavab yalnız bütün tərəfdaşların, yəni Ukrayna, Polşa, bütün avropalılar və Amerika Birləşmiş Ştatlarının birgə cavabı ola bilər. Kömək edən hər kəsə təşəkkür edirəm.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp