Çində taxıl istehsalı son 5 ildə stabil artım göstərib
“14-cü Beşillik Plan” dövründə (2021–2025) Çində taxıl istehsalının fasiləsiz artdığı elan edilib.
“14-cü Beşillik Plan” (2021–2025) ərzində Çində taxıl istehsalı davamlı artım nümayiş etdirib.
Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinin məlumatına görə, son 5 ildə güclü aqrar ölkə qurmaq məqsədinə uyğun olaraq kəndlərin dirçəldilməsi işləri qətiyyətlə irəlilədilib, kənd təsərrüfatında və kənd inkişafında stabil və keyfiyyətli artım təmin edilib. Bu, ölkənin iqtisadi və sosial inkişafına güclü dəstək verib.
Bu gün açıqlanan rəqəmlərə əsasən, 2024-cü ildə taxıl istehsalı ilk dəfə 706 milyard 500 milyon tonu ötüb, 2020-ci illə müqayisədə 37 milyon ton artım qeydə alınıb.
Nazirlik, həmçinin, Çində adambaşına düşən taxıl miqdarının 500 kiloqrama çatdığını bildirib. Bu inkişaf ölkənin ərzaq təhlükəsizliyinin effektiv şəkildə təmin olunduğunu göstərir.
Azərbaycan İnformasiya Agentliyi