Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ-ın İslamabaddakı işlər müvəkkili Natali Beykeri qəbul edib. Görüş zamanı iki ölkə arasında son dövrlərdə müşahidə olunan müsbət dinamika müzakirə olunub.

Dar qeyd edib ki, Nyu-York və Vaşinqtonda keçirilən yüksək səviyyəli təmaslar Pakistan–ABŞ münasibətlərinə müsbət təsir göstərib. O vurğulayıb ki, Pakistan Yaxın Şərqdə və daha geniş regionda sülh və sabitliyin təmin olunması səylərinə fəal şəkildə töhfə verir və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da dərinləşdirilməsinə maraq göstərir.

Beyker isə ABŞ şirkətlərinin Pakistanın enerji, strateji minerallar və informasiya texnologiyaları sektorlarına sərmayə qoymağa güclü maraq göstərdiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp