Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Səhiyyə və Təhlükəsizlik Nazirliyinin rəsmilərinə görə, intiharçı terrorçu insanlarla dolu kilsəyə hücum edib.

Hələlik heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, lakin Suriya Daxili İşlər Nazirliyi bildirib ki, İŞİD-ə bağlı bir militant kilsəyə girərək insanlara atəş açıb və sonra partlayıcı ilə dolu jileti ilə özünü partladıb.

Bazar günü Telegram vasitəsilə yayılan bəyanatda bildirilib: “Suriya Mülki Müdafiə qüvvələrinin xilasedici qrupları hadisə yerindən cəsədləri çıxarmağa davam edir.”

Rəsmi dövlət agentliyi SANA, Səhiyyə Nazirliyinə istinad edərək, ən azı 50 nəfərin yaralandığını bildirib.

Bəzi yerli mediada yayılan məlumatlara görə, ölənlər arasında uşaqlar da var.

Bu hücum Suriyada son illərin ilk belə hadisəsi olub və prezident Əhməd əl-Şəraa rəhbərliyində yeni qurulan keçid hökuməti azlıqların dəstəyini qazanmağa çalışdığı vaxt baş verib.

Əl-Şəraa Suriyada hakimiyyəti təmin etməyə çalışarkən, yüz minlərlə insanın ölümünə və milyonlarla insanın köçkün düşməsinə səbəb olan 14 illik vətəndaş müharibəsindən sağ çıxan İŞİD kimi qrupların yuxlayan hüceyrələrinin mövcudluğu ilə bağlı narahatlıqlar mövcuddur.

Əl-Şəraa 2025-ci ilin yanvarında prezident olduqdan sonra Suriya beynəlxalq arenada əhəmiyyətli irəliləyiş əldə edib və həm ABŞ, həm də Avropa İttifaqı devrilmiş Bəşər Əsəd dövründən qalma sanksiyaları ləğv edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp