Əraqçi: Qəzza hələ də müqavimət və zülmün simvoludur
Tehran, 21 iyul (Hibya) – İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, Qəzza hələ də müqavimət və zülmün simvoludur.
İranın xarici işlər naziri Əraqçi qeyd edib ki, Qəzza müqavimət və zülmün simvolu olaraq qalır və bu həqiqət son iyirmi iki ay ərzində İsrail rejiminin cinayətlərinə qarşı kişilərin, qadınların və uşaqların heyrətamiz və yorulmaz iradəsi ilə bir daha sübut olunub.
Əraqçi bildirib ki, bir parça çörək, bir qurtum su və ya humanitar yardım növbəsində gözləyən ac insanlara edilən hücumlar müharibə cinayətləri və insanlığa qarşı törədilmiş cinayətlərə açıq nümunədir.
“İnsan hüquqlarını müdafiə etdiyini iddia edən beynəlxalq ictimaiyyət və Qərb ölkələri, ABŞ və İsrail qüvvələrinin yardım paylama mərkəzlərində qurduğu ölüm tələlərinə düşən minlərlə günahsız insanın qanının tökülməsinə, həmçinin dərman, ərzaq və su çatışmazlığı səbəbilə Qəzzada 140 gün davam edən ədalətsiz blokada nəticəsində həlak olan 600-dən çox ehtiyac sahibinin ölümünə görə məsuliyyət daşıyır”, – deyə o bildirib.
Əraqçi deyib: “Tarixin ədaləti və insanlığın canlı vicdanı bu biganəliyi və məsuliyyətdən yayınmanı mühakimə edəcək.”
Azərbaycan İnformasiya Agentliyi