Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ərdoğan bildirib ki, Türkiyənin də töhfə verdiyi Həmas-İsrail danışıqlarının Qəzzada atəşkəslə başa çatması onu çox sevindirdi.

O, İsrail hökumətini atəşkəsə təşviq etmək üçün lazımi siyasi iradə göstərən ABŞ Prezidenti Donald Trampa, həmçinin razılaşmanın əldə edilməsində mühüm dəstəyi olan Qətər və Misirə xüsusi təşəkkürünü bildirib. “Türkiyə olaraq, razılaşmanın tam şəkildə icrasını yaxından izləyəcək və prosesə dəstək verməyə davam edəcəyik,” – deyə Ərdoğan vurğulayıb.

Prezident mesajında bunları qeyd edib:

“Eyni şəkildə biz mübarizəmizi 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin Dövləti qurulana qədər davam etdirəcəyik. Bu fürsətdən istifadə edərək, iki ildir təsvir olunmaz əzablar yaşayan, qeyri-insani şəraitdə həyat və ləyaqət uğrunda mübarizə aparan, övladını, atasını, anasını, qohumunu və dostunu itirən, amma bütün faciələrə baxmayaraq şərəfli duruşunu qoruyan fələstinli qardaşlarıma ən səmimi salamlarımı çatdırıram. Uca Allah fələstinli qardaşlarımızın yardımçısı olsun, şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət eləsin.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp