Ərəkçi BMT Baş katibi Quterreşlə telefonla danışdı
Tehran, 12 Sentyabr (Hibya) - İranın xarici işlər naziri Seyid Abbas Ərəkçi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
BMT Baş katibi Quterreş İranın xarici işlər naziri Ərəkçi ilə İranın nüvə məsələsini və regional hadisələri müzakirə edib.
Quterreş İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə necə əməkdaşlıq edəcəyi barədə yaxınlarda əldə olunan razılığı alqışlayaraq, BMT-nin İranın nüvə məsələsi ilə bağlı dialoqun və diplomatik prosesin davamına dəstəyini vurğulayıb.
Ərəkçi, İran xalqının hüquq və maraqlarını Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində qorumaq əzmini vurğulayaraq, BMT və bütün dövlətlərin İranın dinc nüvə obyektlərinə qarşı qanunsuz hücumları qınamaqda aydın və qəti mövqe tutmalı olduqlarını xatırladıb.
Ərəkçi üç Avropa ölkəsinin ABŞ və İsrailin hərbi təcavüzünü görməzlikdən gələrək ləğv edilmiş Təhlükəsizlik Şurasının qətnamələrini bərpa etməklə hədələməsini "məsuliyyətsiz" və "ədalətsiz" adlandırıb və belə bir yanaşmanın problemi daha da çətinləşdirəcəyini bildirib.
Azərbaycan İnformasiya Agentliyi