Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniya xarici işlər naziri Marqus Tsahkna bildirib ki, ölkənin hava məkanının Rusiya MI-8 tipli helikopteri tərəfindən pozulmasından sonra rus diplomatı XİN-ə çağırılıb.

Bəyanata görə, sözügedən pozuntu 7 sentyabr 2025-ci ildə Estoniyanın şimal sahilindəki Vaindloo adası yaxınlığında baş verib. Bu hadisə 2025-ci il ərzində qeydə alınan üçüncü oxşar pozuntu olub. Tsahkna vəziyyəti “beynəlxalq hüququn ciddi pozuntusu” kimi qiymətləndirib və diplomata rəsmi etiraz notasının təqdim olunduğunu bildirib.

Tsahkna həmçinin Rusiyanın Ukraynaya qarşı artan hücumlarını qınayıb. O qeyd edib ki, xüsusilə Kiyev və digər şəhərləri hədəf alan, mülki itkilərə və ictimai binalarda dağıntılara səbəb olan son pilotsuz uçuş aparatları və raket hücumları müharibənin gərginləşdiyini göstərir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp