Estoniya Qəzzada ilk girovların azad edilməsini alqışladı
Tallin, 13 oktyabr (Hibya) – Estoniya xarici işlər naziri Marqus Tsaxkna bəyan edib ki, Estoniya Həmas tərəfindən Qəzzada 738 gün girov saxlanılan ilk şəxslərin azad edilməsini məmnuniyyətlə qarşılayır.
Tsaxkna bu prosesin həyata keçirilməsində mühüm rol oynayan ABŞ, Qətər, Misir və Türkiyənin diplomatik səylərini yüksək qiymətləndirib.
O, humanitar yardımın mülki əhaliyə fasiləsiz çatdırılmasının vacibliyini vurğulayıb və atəşkəsin qorunması, bütün girovların azad edilməsi və davamlı sülhün təmin edilməsi üçün səylərin davam etdirilməli olduğunu bildirib.
Azərbaycan İnformasiya Agentliyi