Fələstindən İsrailin büdcəsində yaşayış məntəqələri üçün əlavə vəsait ayrılmasına reaksiya
Rəmallah, 4 Aprel (Hibya) – Fələstin Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin büdcəsində yaşayış məntəqələri üçün əlavə vəsait ayrılması iki dövlətli həllin sürətlə pozulması anlamına gəlir.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, keçən həftə İsrail Knessetinin Yaşayış Məntəqələri Nazirliyinə ayrılan maliyyənin ümumi büdcəyə nisbətdə 320% artırılmasını təsdiqləməsi ciddi narahatlıqla qarşılanıb.
Bu vəsaitin, əsasən İsrailin Kənd Təsərrüfatı Nazirliyi olmaqla, müxtəlif aidiyyəti nazirliklər tərəfindən yaşayış məntəqələri və pastoral sahələrə dəstək məqsədilə ayrılan vəsaitlərə əlavə olaraq ayrıldığı vurğulanıb.
“Nazirlik, Fələstin məsələsi ilə bağlı qəbul edilmiş qərarların həyata keçirilməməsinə görə beynəlxalq ictimaiyyəti məsuliyyətli hesab edir. BMT Təhlükəsizlik Şurasını soyqırımı, məcburi köçürmə və ilhaq müharibəsinin dayandırılması, və beynəlxalq legitimlik qərarları və Ərəb Sülh Təşəbbüsü çərçivəsində İsrail hökumətinə sülhün əsaslarının qəbul etdirilməsi üçün məsuliyyət daşımağa çağırır.”
Azərbaycan İnformasiya Agentliyi