Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Xarici İşlər Nazirliyi Qəzza zolağında aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq edərək bütün tərəfləri təcili tədbir görməyə çağırıb.

Nazirliyin bəyanatında deyilir:

"Aclıq, gəlir mənbələrinin tamamilə tükənməsi və əhalinin humanitar yardımlardan tam asılı vəziyyətə düşməsi nəticəsində əksəriyyəti məcburi köçkün olan iki milyondan çox fələstinlinin həyatını təhdid edir. Bu baxımdan, nazirlik BMT-nin Ümumdünya Ərzaq Proqramının verdiyi ciddi xəbərdarlığa beynəlxalq ictimaiyyətin – o cümlədən dövlətlərin, BMT-nin və humanitar təşkilatların – ciddi yanaşmasının həyati vacibliyini vurğulayıb. Həmin xəbərdarlıq Qəzzada yaşayan insanların həyatına olan böyük təhlükəyə və qalan az miqdarda ərzağın da tükənmək üzrə olduğuna diqqət çəkib. Nazirlik bütün ərəb, islam, regional və beynəlxalq tərəfləri bu xəbərdarlığı ən yüksək səviyyədə ciddiyə almağa, siyasi və humanitar təsirlərindən istifadə edərək işğal qüvvələrini keçid məntəqələrini dərhal açmağa məcbur etməyə çağırıb. Bu yolla humanitar yardımların dərhal və dayanıqlı şəkildə çatdırılması və Qəzzadakı dərinləşən humanitar fəlakətin aradan qaldırılması mümkün olacaq."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp