Fiala: Çexiya artıq Rusiya nüvə yanacağından asılı deyil
Praqa, 16 İyun (Hibya) – Çexiya Baş naziri Petr Fiala bildirib ki, Çexiya artıq Rusiya nüvə yanacağından asılı deyil.
Fiala qeyd edib ki, bu gün Dukovany elektrik stansiyası ilk dəfə olaraq ABŞ-ın Westinghouse şirkətindən yanacaq alıb.
O, Temelín stansiyasının may ayında bu tədarükçüyə keçdiyini və gələn il Fransanın Framatome şirkətinin də qoşulacağını bildirib.
“Bu, enerji təhlükəsizliyi və müstəqillik istiqamətində əsas addımdır. Biz enerji sektorumuzu geosiyasi risklərdən qoruyuruq və Çexiya Respublikasının suverenliyini möhkəmləndiririk,” – deyə Fiala bildirib.
Azərbaycan İnformasiya Agentliyi