Finlandiyada həftə sonu son 50 ilin istilik rekordu qırıldı
Helsinki, 28 İyul (Hibya) – Finlandiyanın cənubundakı Parikkala şəhərində temperatur ardıcıl on dörd gün ərzində 30 dərəcədən yuxarı qalxaraq istilik rekordu qırdı.
İsti hava dalğası Finlandiyanın şimalındakı Laplandiya bölgəsini də əhatə edib; temperatur ardıcıl on beş gündür ki, 25 dərəcə və ya daha çox səviyyədə qalaraq 50 ildən artıq müddətdə olan rekordu qırıb.
Bu, Finlandiyada 1961-ci ildən – hava məlumatlarının qeydə alınmağa başlandığı tarixdən bəri qeydə alınmış ən güclü isti hava dalğasıdır.
Meteoroloqlar bildirir ki, yüksək təzyiqli bir sistem bu isti və quraqlığa səbəb olub. Meşə yanğınları ilə bağlı xəbərdarlıqlar edilib. Sabahdan etibarən yağış və fırtına gözlənildiyi üçün hava şəraitinin o vaxta qədər eyni qalacağı proqnozlaşdırılır.
Azərbaycan İnformasiya Agentliyi