Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Koretski qeyd edib ki, tədarük test məqsədilə və kiçik həcmdə həyata keçiriləcək və Trans-Balkan dəhlizi vasitəsilə yerinə yetiriləcək.

İyul ayının əvvəlində Ukraynanın o zamankı enerji naziri German Qaluşçenko Azərbaycanlı həmkarı Pərviz Şahbazovla qaz tədarükü imkanlarını müzakirə etmişdi.

Koretski Facebook səhifəsində yazıb: “Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi vasitəsilə Azərbaycan qazı idxal edir. Qaz alışı ilə bağlı ilk müqavilə SOCAR qrupuna daxil olan SOCAR Energy Ukraine şirkəti ilə imzalanıb. Test tədarükü Bolqarıstan–Rumıniya–Ukrayna sərhəd xətti üzərindən həyata keçirilir. Bu, uzunmüddətli əməkdaşlığın yolunu açan kiçik, lakin strateji baxımdan mühüm bir addımdır.”

İyun ayının 9-da ukraynalı millət vəkili Oleksiy Kuçerenko xəbərdarlıq edib ki, Ukrayna bu qış real qaz qıtlığı ilə üzləşə bilər və istilik mövsümünü keçirmək üçün təxminən 10 milyard kubmetr yanacaq çatışmır.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp