Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ÜST Baş direktoru Tedros Adhanom Ghebreyesus vurğulayıb ki, Qəzzədə xəstəxanalar yenidən döyüş meydanına çevrilib və səhiyyə sistemi ciddi təhdid altındadır. "Şimal Q əzzədəki Kamal Advan Xəstəxanası xidmətdən kənarda qalıb. Hücumdan sonra xəstələr və personal məcburi evakuasiya olunub, xəstəxana direktoru Dr. Hussam Əbu Səfiyyə iki gün əvvəl həbs edilib. Onun harada olduğu məlum deyil. Dərhal azad edilməsini tələb edirik", deyə o qeyd edib.

Ghebreyesus bildirib ki, kritik xəstələr fəaliyyətini itirmiş İndoneziya Xəstəxanasına köçürülüb. "Şimal Qəzzədə davam edən xaos şəraitində ÜST və tərəfdaşları bu gün İndoneziya Xəstəxanasına əsas tibbi və gigiyena ləvazimatları, qida və su göndərib, həmçinin 10 kritik xəstəni Al-Şifa Xəstəxanasına köçürüb. Köçürmə zamanı dörd xəstə həbs edilib. İsraildən bu xəstələrin sağlamlıq hüquqlarını təmin etməsini tələb edirik. Ağır zərər görmüş və xidmət göstərə bilməyən İndoneziya Xəstəxanasında hazırda 7 xəstə və 15 səhiyyə işçisi qalıb."

Ghebreyesus bildirib ki, bu gün Qəzzə şəhərindəki Əl-Əhli və Əl-Vəfa Reabilitasiya Xəstəxanaları hücuma məruz qalıb və hər ikisi zərər görüb. "Bir daha vurğulayırıq: Xəstəxanalara hücumlar dayandırılmalıdır. Qəzzədəki insanlar sağlamlıq xidmətlərinə çıxış hüququna malik olmalıdır. Humanitar yardım işçiləri tibbi yardım göstərə bilmək üçün çıxış əldə etməlidir. Atəşkəsə çağırırıq!"

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp