Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ administrasiyası bu dəyişikliklərin kampusda antisemitizmə qarşı mübarizə üçün zəruri olduğunu iddia edir.

Tramp, universitet rəhbərliyinin tələbləri yerinə yetirməməsindən sonra Harvard Universitetinə ayrılan maliyyəni dondurub. O, həmçinin, universitetin tələblərə əməl etmədiyi təqdirdə vergi azadlığını ləğv etməklə hədələyib.

Massachusetts-dəki federal məhkəməyə təqdim edilən şikayətdə bildirilir: “Bu məhkəmə işi, hökumətin Harvard Universitetində akademik qərar proseslərinə nəzarət etmək üçün federal vəsaitin geri çəkilməsini təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərindən bəhs edir”. Şikayətdə həmçinin Trampın digər universitet və təhsil müəssisələrinə qarşı oxşar təhdidlərinə də yer verilib.

Harvard Universitetinin prezidenti Alan M. Garber dünən tələbələrə ünvanladığı açıq məktubda amerikalı yəhudi olaraq artan antisemitizmin təhlükələrindən xəbərdar olduğunu bildirib və universitetin bu sahədəki rolunu ciddi qəbul etdiyini vurğulayıb. O, bu məqsədə hökumətin işə qəbul və tədris proqramına qeyri-qanuni müdaxilələrinə boyun əyərək nail olunmayacağını qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp